14 Oktyabr 2019 www.xeber24.az

Ağsu rayon icra başçısı Vahid Tağıyev ikinci müavini İqbal Mikayılovu vəzifəsindən azad edib.

Xeber24.az Oxu.Az-a istinadla xəbər verir ki, buna səbəb icra başçısının qəbulu zamanı sakinlərdən birinin şikayəti olub.

Rayon sakini probleminin həll olunmamasında İ.Mikayılovu ittiham edib. İcra başçısının müavini isə ittihamlara cavab verə bilməyib.

Bunun nəticəsində İ.Mikayılov vəzifəsindən azad edilib.

Vahid Tağıyev bu vəzifəyə Gülxan Zülfüqarovu təyin edib.

Qeyd edək ki, sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Vahid Heydər oğlu Tağıyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. O, bu postda Ənvər Qasım oğlu Seyidəliyevi əvəzləyib.