2 iyul 2019 www.xeber24.az

19-30 iyun 2019-ci il tarixləri ərzində Xəzər Gənclər Evində YUNESKO-nun Dünya İrs Könüllüləri proqramı çərçivəsində “Now It Is Our Turn To Protect Them” adlı lahiyəsinə start verilib.

11 ildir ki, beynəlxalq səviyyədə davam etdirilən və bütün dünyada gənclərin fəal iştirakı ilə müşahidə olunduğu YUNESKO Dünya İrs Könüllüləri proqramına (UNESCO World Heritage Volunteers Initiative Program) Azərbaycan ev sahibliyi edib. Xəzər Gənclər Evinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin eyni zamanda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən beynəlxalq layihə 8 ölkəni təmsil edən 20 nəfərdən ibarət beynəlxalq və yerli könüllülərin iştirakı ilə keçirilib.

2001-ci ildən YUNESKO-nun ilkin siyahısına daxil edilmiş “Xəzər sahili mühafizə konstruksiyaları” nominasiyasına aid bu layihə Xəzər rayonunda, əsasən də, Mərdəkan qalalarında baş tutubdur. Layihə çərçivəsində iştirakçılar İçərişəhər Qobustan kimi Dünya İrs Yerlərinə və Yanardağ, Atəşgah kimi bu nominasiyada yer alan abidələr ziyarət olunubdur.

Qeyd edək ki, sözü gedən layihə YUNESKO tərəfindən 2018-ci ildə elan edilmiş layihə çağırışında uğurla seçilmişdir.

 

 

Fariz Eyvazlı