16 iyul 2019 www.xeber24.az

Azərbaycan 2019-cu ilin yanvar-iyun aylarında 5,66 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 82,66% çoxdur.

Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.

İxrac dəyər ifadəsində təqribən 1,05 milyard dollar (83,7% artım) təşkil edib. Xaricə tədarüklərin ümumi həcmində qaz ixracının xüsusi çəkisi 6,58%-dən 10%-dək yüksəlib.

Azərbaycanın ixracatının ən böyük həcmi ənənəvi olaraq neft və neft məhsullarının payına düşür. Belə ki, Xəzəryanı ölkə altı ay ərzində xaricə 15,8 milyon tondan çox neft (16,7% artım) və təqribən 521 min ton neft məhsulları (4,9% azalma) tədarük edib. Neft və neft məhsullarının məcmu payına ümumi ixracın 79,49%-i düşüb.

Neft və neft məhsullarının ixrac həcmi dəyərlə ifadədə 7,9 milyard dollar təşkil edib (neft ixracının 7,67 milyard dolları və neft məhsulları ixracının  261,18 milyon dolları).

Fariz Eyvazlı