10 sentyabr 2019 www.xeber24.az

Azərbaycan paraüzgüçüsü Roman Saleh “Tokio-2020” Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

O, bu uğura Böyük Britaniyanın paytaxtı Londonda keçirilən dünya çempionatında imza atıb.

R.Saleh 100 m məsafəyə arxasıüstə üzmədə 1:01,00 dəqiqə nəticə göstərərək, yarışı II yerdə tamamlayıb. Gümüş medal onun “Tokio-2020″yə vəsiqəsini də rəsmiləşdirib.

Qeyd ki, Roman Salehdən öncə parapauerliftinqçi Elşən Hüseynov da Paralimpiadada iştirak hüququ qazanıb.