Azərbaycan gimnastı Mixail Malkin Yaponiyanın paytaxtı Tokioda keçiriləcək batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə dünya çempionatında iştirak edə bilməyəcək.

Xeber24.az apa-a istinadla bildirir ki, bu barədə məlumatı Azərbaycan Gimnastika Federasiyasından veriblər.

Avropa çempionunun noyabrın 28-dən dekabrın 1-dək olacaq mundialı buraxmasında səbəb zədələnməsidir. M. Malkin oktyabrın 5-6-da İpaniyanın Valyadolid şəhərində keçirilən batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə Dünya Kubokunda sıradan çıxıb. Tamlinqçi final hərəkətlərini icra edərkən zədə alıb və yarışları dayandırmaq məcburiyyətində qalıb.