9 iyul 2019 www.xeber24.az

2019-cu il iyul ayının 09-da saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, “Sosial və İqtisadi İslahatlara Dəstək” İctimai Birliyinin və Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin birgə təşəbbüsü ilə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyasının inkişafında Bakı Dövlət Universitetinin rolu” mövzusunda beynəlxalq elmi konfrans – materiallar toplusunun təqdimat mərasimi keçirilib.

Konfrans Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər silsiləsi çərçivəsində təşkil olunub.

Konfransın açılış mərasimində konfrans iştirakçılarına materiallar toplusu təqdim edilib. Konfransın materiallar toplusunda Azərbaycandan, Türkiyədən və Şimali Kipr Türk Cümhuriyyətindən olan alimlərin və gənc tədqiqatçıların BDU-nun Filologiya fakültəsinin 100 illik fəaliyyətindən bəhs edən tezisləri çap edilib və konfrans zamanı təşkilat komitəsi tərəfindən 109 nəfərin tezisinin qəbul edildiyi qeyd edilib.

Qeyd edək ki, topludan elmi fəaliyyətlə məşğul olan hər kəs, o cümlədən geniş ictimaiyyət faydalana bilər.

Konfrans tədbir iştirakçılarının mükafatlandırılması ilə başa çatıb.

Fariz Eyvazlı