25 Aprel 2019 www.xeber24.az

Azərbaycan və Çin şirkətləri arasında sənədlər imzalanıb.

Çinin paytaxtı Pekində “Kəmər və Yol” təşəbbüsü çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında sənədlərin imzalanması mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-iqtisadi əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev və Çin Xalq Respublikasının Kommersiya Nazirliyinin Avrasiya İdarəsinin rəhbəri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq komissiyasının həmsədri Luo Veydonq iştirak edib. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C. Qurbanovun iştirakı ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC ilə Çinin “Xi’an Continental Bridge International Logistics Co. Ltd” şirkəti arasında nəqliyyat-tranzit sahəsində Strateji Əməkdaşlıq Anlaşması imzalanıb. Sənəddə tərəflər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə hərəkət edən konteyner qatarlarının təşkili üzrə razılığa gəliblər. Hər iki şirkət 2019-cu ildə 30 konteyner qatarı (2460TEU) buraxmağı planlaşdırır. Razılaşma həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nəqliyyat qovşağı kimi fəaliyyətinin genişləndirilməsində əhəmiyyətli rol oynayacaq.

 

Fariz Eyvazlı