Azərbaycan bayrağı Macarıstanın Budapeşt şəhərində və Rumıniyanın paytaxtı Buxarest şəhərində zirvəyə qalxarkən hansı hissləri keçirdiniz?

0
728

Azərbaycanın tanınmış idmançılarından olan, dəfələrlə dünya və Avropa çempionatında iştrak etmiş  ,  Kempo-karate növü üzrə    respublikanın idman ustası . Ciu-citsu idman növü üzrə Avropa ikincisi, “Kempo” Karate növü üzrə   Avropa  ikincisi   iki qat dünya mükafatçısı və “MMA” qaydasız döyüş üzrə  Avrasiya çempionudur. Rüstəm Müslümovun    Xeber24.az -a müsahibəsini oxuyuclara təqdim edirik.

 

 

Siz idmanın hansı növü ilə məşğul olmusunuz ?

Karate, Sambo, Ciu –citsu, Cüdo uzun illər  məşqul olmuşam son illərdə isə “Kempo” Karate  döyüş növü  məşqul olurdum

 

-Başqa millətdən olan idmançı ilə döyüşmək… Hansı fərqlər var?

– Tatamiyə çıxmısansa, deməli, döyüşməlisən.   Nə olur-olsun qalib gəlməyi düşünürsən. Başqa idmançılara isə sadəcə rəqibin kimi hörmət edirsən və döyüşürsən

 

İdmançı kimi siz öz uğurlarınızdan danışardınız

Mənim  bir çox naliyyətlərim var naliyyətlər  qazanmaq üçün əlimdən gələni etmişəm

Polşa, Əlcəzair Portuqaliya, Rumuniya və İsrail idmançıları üzərində qələbələrim olub. Gürcüstanda 2-ci yerə layiq görülmüşəm. Bəhreyndə Dünya çempionatında iştrak etmişəm peşakar döyüş oldu o,zaman  Macarıstanılı idmançısı üzərində qələbəm oldu və kəmər qazandım .Abu-Dabi şəhərində dünya kubokunda iştirak etmişəm. Türkiyənin Antalya şəhərində, dünya çempioanatında 3-cü yerə layiq görülmüşəm. İsrail və Rumuniya idmançıları üzərində parlaq qalibiyyətlər qazanmışam. Ardınca digər dünya çempioanatında, Macarıstanda Əlcazir  Polşa idmançısı üzərində qələbəm olub. Daha sonra AvroAsia Çempioanatında İranli idmançı üzərində qalib gələrək yarışın birincisi oldum.

Bundan əlavə, “MMA” qaydasız döyüş üzrə Bakıda keçirilən Beynəlxalq turnirde professional döyüşçülər arasında yarışda iştirak etdim. İran idmançısı üzərində qələbə qazandım.

2018-ci ildə  Rumıniyanın paytaxtı Buxarest  şəhərində  Avropa çempioanatına yollandım. Rumuniyada Əlcazir   Portuqaliya və Rumuniya idmançıları üzərində  inamlı qələbələrim oldu. Finalda isə Fransız idmançıya məğlub olub 2-ci pilləni tutdum”.

 

Bir idmançının uğur qazanmağı üçün hansı şərtlər lazımdı?

Çalışmaq, əziyyət çəkmək lazımdı ki, həmin titulları qazanmaq  üçün xəyal etmək  lazımdır ki  ,  həyata keçsin .

 

– Bu günə qədər sizin üçün çətinlik yaradan idmançı kim olub?

– Bilirsiz Hər idmancı özünə görə güclüdür.

 

 

– Bəs elə bir idmançı olub ki, onunla döşəyə çıxarkən tərəddüd etmisiz , çəkinmisiz?

– Heç vaxt rəqibimdən qorxmamışam.

 

 Azərbaycanın bayrağı Macarıstanın Budapeşt şəhərində və Rumıniyanın paytaxtı Buxarest  şəhərində zirvəyə qalxarkən hansı hissləri keçirdiniz?

Hər  bir idmanci kimi məndə yarışlarda  qalib olan zaman Azərbaycan  bayrağını zirvəyə qaldırmışam.  Bu baxımdan bayrağımızı zirvəyə qaldırmaq mənim üçün qürurvericidir

 

.