5 iyul 2019 www.xeber24.az

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə Mütəllibova ilə vida mərasimi keçirilib.

Report xəbər verir ki, Bakıda Təzəpir məscidində keçirilən mərasimdə mərhumun ailə üzvləri, ictimai-siyasi xadimlər iştirak ediblər.

Mərhum Yasamal qəbiristanlığında oğlu Azad Mütəllibovun məzarının yanında torpağa tapşırılıb.

Fariz Eyvazlı