17 May 2019 www.xeber24.az

ABŞ Aeronavtika və Kosmos Agentliyi NASA Ay səthinə ilk dəfə olaraq qadın astronavt göndəriləcəyini açıqladı. NASA tərəfindən verilən açıqlamada missiyaya “Artemida” adının veriləcəyi bildirilib. Layihə planlaşdırıldığı kimi yolunda gedərsə, ilk dəfə olaraq Ay səthinə bir qadın ayaq basmış olacaq.

NASA direktoru Cim Bridenstin yeni missiyaya insanoğlunun Aya ilk dəfə ayaq basdığı “Apollo” layihəsinə istinadən mifologiyada Apollonun bacısı olan Artemidanın adının veriləcəyini bildirib.

C.Bridenstin “Artemida” missiyası çərçivəsində 1 qadın və 1 kişi astronavtın Ay səthinə ayaq basacağının planlaşdırıldığını bildirib.

AA-da yer alan bir xəbər müsahibəsində Bridenstin “Mənim 11 yaşlı bir qızım var. Onu qısa zamanda Ay səthinə ayaq basmağa namizəd xanımlar olaraq görmək istəyirəm.” deyə bildirmişdi.

Qeyd edək ki, NASA “Apollo” missiyası çərçivəsində 1969-1972-ci illərdə Aya 12 astronavt göndərmiş, lakin astronavtların tamamı kişilərdən ibarət olmuşdur.

SSRİ tərəfindən “Vostok 6” kosmik gəmisilə 16 iyun 1963-cü ildə Yer orbitində səyahət edən kosmonavt Valentina Tereşkova kosmosa çıxan ilk qadın ünvanına layiq görülmüşdü.

Fariz Eyvazlı