19 iyul 2019 www.xeber24.az

Mingəçevir rayonu ərazisində avtoxuliqanlıq edərək yolda digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan sürücü saxlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

1995-ci ilə təvəllüdlü sürücü Murad Mustafa oğlu Babayev “VAZ 2107” markalı maşını yüksək sürətlə idarə edərək yol hərəkəti qaydalarını kobud şəkildə və davamlı olaraq pozub.

Nəticədə o, saxlanılıb və barəsində inzibati ölçü götürülüb. M.Babayev 15 sutka müddətinə həbs olunmaqla yanaşı, bir il müddətinə sürücülük hüququndan məhrum edilib.

Fariz Eyvazlı