Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

Xeber24.Az xarici mətbuata istinadla xəbər verir ki, kadrlarda itin avtomobil idarə etməsi əks olunub. Həmin anlar mobil telefonla kamerala çəkilib.

Maraqlı olay ABŞ-ın Florida ştatında yaşanıb. Belə ki, Labrador cinsindən olan it avtomobilin ötürücüsünü “R”ə keçirərək saatlarla arxa-arxaya dövrə vurub.

Avtomobili saxlamaq üçün hadisə yerinə polis çağırılsa da, polislər gələnə qədər avtomobil poçt qutusuna dəyib, dayanıb.