18 İyun 2019 www.xeber24.az

Avstriya yığmasının yarımmüdafiəçisi Hannes Vulf gənclər arasında Avropa çempionatınının qrup mərhələsində Serbiyaya qarşı keçirdiyi matçda ayağını sındırıb. Epizodun görüntüsü “Metronia #U21EURO” “Twitter” hesabında yayılıb.

Serb futbolçu topa sahib çıxmaq üçün sürüşmə fəndi yerinə yetirib. Avstraliyalı müvazinətini itirərək yıxılıb və ayağını sındırıb. Oyunun baş hakimi VAR sistemindən yararlanaraq, serb futbolçuya qırmızı vərəqə göstərib.

Oyun 2-0 Avstriyanın xeyrinə başa çatıb. Vulf turnirdəki iştirakını dayandırıb.

Fariz Eyvazlı