Almaniyada Avropanın ən hündür körpülərindən biri istifadəyə verilib.

Xeber24.az Oxu.Az-a istinadla xəbər verir ki, Mozel adlandırılan körpünün dayaqlarının hündürlüyü 160 metrdir.

Tikintisi səkkiz il davam edən körpü Benilüks ittifaqına (Belçika, Niderland, Lüksemburq) daxil olan ölkələrlə Almaniyanın Reyn-Mayn regionunu birləşdirəcək.

Hesablamalara əsasən, hər gün körpüdən 25 min avtomobil keçəcək.

Körpünün tikintisinə etiraz edənlər də var. Tənqidçilər körpünün inşası üçün ayrılan vəsaitin (483 milyon avro) yüksək olduğunu, turistlərin maraq göstərdiyi regionun təbii görünüşünə xələl gətirdiyini iddia edirlər.