10 avqust 2019 www.xeber24.az

Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayevə tabe olan “Aprel” telekanalının mülkiyyətinə məhkəmə qərarı ilə həbs qoyulub.

Bu barədə avqustun 10-da ölkənin DİN mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl “Aprel” telekanalının yayımı dayandırılıb. Bu barədə qərar xüsusi təyinatlıların Atambayevin iqamətgahına hücum etdikləri gün qəbul olunmuşdu.

Daxili İşlər Nazirliyindən bildirilib ki, Koy-Taş kəndində keçirilən əməliyyat zamanı sabiq prezidentin tərəfdarlarının əsir düşənlərlə bağlı sorğu-sualı davam edir. Məlumata görə, Atambayevin iki tərəfdarı müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib.

Fariz Eyvazlı