14 avqust 2019 www.xeber24.az

Sentyabrın 1-i Məhərrəm ayı başlayacaq.

Xeber24.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev məlumat verib.

Onun sözlərinə görə, Məhərrəm ayı sentyabrın 29-da başa çatacaq:

“Bu il Məhərrəm ayı sentyabrın 1-dən 29-na qədər davam edəcək. Məhərrəm ayının 10-cu günü Aşuraya təsadüf edəcək. Məhərrəm ayı başa çatdıqdan sonra Səfər ayı başlayacaq.

Səfər ayı isə oktyabr ayının 29-da başa çatacaq”

Fariz Eyvazlı