9 sentyabr 2019 www.xeber24.az

Cənubi Afrikada dəhşətli cinayət baş verib.

KİV xəbər verir ki, Pinetaun şəhərində bir nəfər ondan boşanmaq istəyən arvadından qisas almaq üçün dörd övladını asaraq öldürüb. Xoli Mpunqose adlı qadın uşaqların məktəbdən ataları tərəfindən aparıldığından şübhələndiyi üçün polisə xəbər verib. Ana ilə birlikdə evə gedən polis yaşları 4 ilə 10 arasında dəyişən 3 uşağın meyiti ilə qarşılaşıb. Uşaqlar fərqli otaqlarda asılıb. Qadının ilk ərindən olan 16 yaşlı dördüncü övladı isə evin yaxınlığındakı ağacdan asılı halda tapılıb.

Polisdən verilən xəbərə görə, qatil ata məktəbdən götürdüyü 3 uşağı ayrı-ayrı otaqlarda kəmərlə asaraq öldürüb. Ögey qızını isə o biri məktəbdə dərsdən sonra qarşılayaraq qətlə yetirib.

41 yaşlı Sibusiso Mpunqose artıq saxlanılıb. Xoli isə bildirib ki, əri onun boşanmaq istədiyi üçün bu yola baş vurub.

Hazırda faktla bağlı araşdırma aparılır, cinayət işi açılıb.