Ötən gün “Maşın Şou”da qalib olan Suna Kasımoğluna maşının açarı təqdim edilib.

Xeber24.az big.az-a istinadla bildirir ki, təqdimetmə mərasiminə şounun 18 iştirakçısından bəziləri qatılıb.

Onlardan biri də aparıcı Lalə Mustafayeva olub. O sözügedən mərasimə qardaşı qızı ilə gəlib. Lalə mərasimdə uğursuz geyimi ilə yadda qalıb. Cins sarafan geyinən aparıcının alt paltarı çöldə qalıb.