15 İyun 2019 www.xeber24.az

Türkiyənin Antalya vilayətində turistləri aparan mikroavtobus qəzaya uğrayıb.

Hürriyet” xəbər verir ki, mikroavtobus qarşı istiqamətdən gələn avtomobillə toqquşub.

Hadisə nəticəsində 11 turist xəsarət alıb. Onların yeddisinin Rusiya və Özbəkistandan olduğu bildirilir.

Yaralılar xəstəxanaya yerləşdirilib, bəzilərinin vəziyyəti ağırdır.

Rusiya Baş Konsulluğundan iki rusiyalının tibbi yardımdan sonra xəstəxanadan buraxıldığı deyilib.

Fariz Eyvazlı