6 Noyabr 2019 www.xeber24.az

Məşhur Hollivud ulduzu Ancelina Coli “Harper’s Bazaar” jurnalının növbəti buraxılışı üçün toples çəkilib və müsahibə verib.

Xeber24.az Oxu.Az-a istinadla  xəbər verir ki, jurnalın baş səhifəsində Colinin ağ tülə bürünmüş lüt şəkli yerləşdirilib.

Jurnaldakı digər şəkillərdə də ulduz yarı çılpaq çəkilib. Fotosessiyanın müəllifi Norveç fotoqrafı Selve Sundbe olub.

Nəşrə müsahibəsində aktrisa özünün daxili gücü, tatuları, uşaqları və keçmiş əri Bred Pittlə münasibətləri haqqında danışıb, eləcə də qadın və qaçqın problemlərinə toxunub.

Müsahibə noyabrın 19-da ABŞ-da “Harper’s Bazaar” jurnalının yeni buraxılışında tam dərc olunacaq.