27 avqust 2019 www.xeber24.az

ABŞ-da alliqatorun başını dişləyən şəxsin məhkəməsi gedir.

“The Acadiana Advocate” qəzetinin xəbərinə əsasən, Luiziana ştatı, Lafeyett şəhərinin 23 yaşlı sakini Kleyton Vurxis azadlıqdan məhrum oluna bilər.

KİV-in məlumatına əsasən, Kleyton tanışlarının gözü qarşısında uzunluğu 30 sm olan alliqatorun başını dişləyərək qoparıb.

Onu heyvanlara qarşı sərt rəftarına görə həbs ediblər. Tanışları isə qeyri-qanuni alliqator saxladıqlarına görə cərimə ödəməli olublar.

İndi Kleyton ya 5 mindən 25 min dollara qədər cərimə ödəyəcək, ya da 1 ildən 10 ilə qədər azadlıqdan məhrum ediləcək.

Fariz Eyvazlı