10 avqust 2019 www.xeber24.az

Afrikanın Tanzaniya Respublikasında benzin daşıyan avtomobilin partlaması nəticəsində onlarla insan ölüb.

Bununla bağlı “Reuters” yerli “TBC Taifa” radiostansiyasına istinadən xəbər verir.

Hadisə Moroqoro şəhərinin yaxınlığında qeydə alınıb. İnsanlar qəzaya uğrayan benzin daşıyan avtomobildən axan yanacağı yığmaq üçün həmin əraziyə gedib və anidən partlayış baş verib.

İnsident nəticəsində 57 nəfər ölüb, 65 nəfər yaralanıb. Yanğın güclü olduğundan insanları xilas etmək mümkün olmayıb.

Fariz Eyvazlı