12 İyun 2019 www.xeber24.az

Səudiyyə Ərəbistanında aeroportlardan biri havadan hücuma məruz qalıb.

Xeber24 trend-ə istinadən xəbər verir ki, hücuma məruz qalan krallığın cənubundakı Abha hava limanıdır.

İlkin məlumata görə, aeroporta zərbəni Yəməndəki Husilər endiriblər. Raketin aeroportun ərazisinə düşdüyü bildirilir.

Rəsmi televiziya hava limanında ən azı 26 nəfərin yaralandığını bildirir.

Nurlan Cəfərzadə