07 İyun 2019 www.xeber24.az

Twitter-də Rusiya və ABŞ hərbi gəmilərinin bir-birinə yaxınlaşması anının əks olunduğu video yayımlanıb.

Kadrlar ABŞ-ın insidentdə iştirak edən “Chancellorsville” kreyserinin göyərtəsindən çəkilib.

Bir qədər əvvəl Rusiyanın Sakit okean donanması məlumat yaymışdı ki, ABŞ gəmisi təhlükəli manevr edərək Rusiya gəmisi ilə toqquşma təhlükəsi ilə üzləşib. “Chancellorsville”in kursu qəfil dəyişərək “Admiral Vinoqradov” döyüş gəmisinə 50 metrə qədər yaxınlaşıb.

ABŞ-ın 7-ci donanmasının nümayəndəsi isə insidentin Filippin dənizində qeydə alındığını bildirib və əksini iddia edib.

Fariz Eyvazlı