14 sentyabr 2019 www.xeber24.az

ABŞ Konqressinin hüquq komitəsi “Amazon”, “Apple”, “Alphabet” (“Google”un ana şirkəti) və “Facebook”dan onların top menecerlərinin qarşılıqlı əlaqələrinə dair sənədləri, eləcə də elektron poçt ilə yazışmalarını tələb edib.

Bu barədə “The Wall Street Journal” yazır.

Amerikanın aparıcı texnoloji şirkətləri bazarda dominantlıq etməkdə, rəqabətin qarşısının alınmasında və istifadəçi məlumatlarının icazəsiz istifadəsində şübhəli bilinirlər.

Şirkətlər Konqress tərəfindən tələb olunan sənədləri oktyabrın 14-dək təqdim etməlidir.

Qəzetin mənbələri bildirirlər ki, Komitəni əsasən “Amazon”un rəhbəri Ceff Bezos, “Apple”ın rəhbəri Tim Kuk, “Facebook”un təsisçisi Mark Zukerberq, eləcə də “Google”un ilkin mərhələlərində rəhbərləri olan  Larri Peyc, Sergey Brin və Erik Şmidtin yazışmaları maraqlandırır.

Xatırladaq ki, 2019-cu ilin iyulunda ABŞ Konqressində aparıcı yüksək texnologiyalı şirkətlərin bazara təsirinin artmasına dair dinləmələr başlayıb.

Fariz Eyvazlı

Loading...