Lindsi Qraham konqresmenləri qərar qəbul edərkən Türkiyə-Amerika münasibətlərinin perspektivlərini nəzərə almağa çağırıb…

Corcia ştatından olan respublikaçı senator Devid Perdyu 1915-ci il hadisələrini qondarma “erməni soyqırımı” kimi tanımaq üçün hazırlanan qətnamə layihəsinin ABŞ Konqresinin yuxarı palatasında səsverməyə qoyulmasına mane olub.

 

Xeber24.Az-ın “Anadolu”ya istinadla verdiyi xəbərə görə, qətnamə ABŞ senatoru Robert Menendez tərəfindən irəli sürülüb.

 

Bundan əvvəl ABŞ senatoru Lindsi Qraham (Cənubi Karolinadan olan respublikaçı) ABŞ Konqresinin yuxarı palatasında Osmanlı dövlətində 1915-ci il hadisələri ilə bağlı qətnamə layihəsi üzrə səsvermə keçirilməsinə mane olub.

 

Lindsi Qraham konqresmenləri qərar qəbul edərkən Türkiyə-Amerika münasibətlərinin perspektivlərini nəzərə almağa çağırıb.