22 Aprel 2019 www.xeber24.az

Amerikalı demokrat senator Bob Menendes Türkiyənin Rusiyadan “S-400” zenit raket kompleksləri alacağı təqdirdə Ankaraya qarşı sanksiyalar tətbiq edəcəyini deyib. Menendes beşinci nəsil F-35 qırıcılarının Türkiyəyə tədarükünü istisna edib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Prezident Rəcəb Tayyip Ərdoğan “S-400” raketdən müdafiə sisteminin əldə olunmasına təkid etsə, onun alınması və quraşdırılması ilə bağlı prosesləri yekunlaşdırsa, bundan əvvəl konqresə çıxardığım qanun layihəsi əsasında Ankaraya qarşı sanksiyalar tətbiq olunacaq.

Sanksiyalar icbari xarakter daşıycaq. Biz bunu istəmirik, Türkiyəyə başqa variantlar da təklif etmişik. “S-400” sistemi NATO sistemlərinə uyğun deyil”, – deyə senator “Katimerini” (Yunanıstan) qəzetinə verdiyi müsahibədə bildirib.

Fariz Eyvazlı

Loading...