Xeber24.az xəbər verir ki Mautay Federassiyasının vitse-prezidenti, kikboksinq üzrə 9 qat dünya, 3 qat Avropa çempionu Araz Musayev Azxəbər.com-a video müsahibə verib.
Tanınmış idmançı ötən il Bakının azad edilməsinin 100 illiyinə 100 qurban kəsməsi haqda danışıb: “Ötən il 15 sentyabrda Azərbaycan və Türkiyə Prezidentlərinin şərəfinə 100 qurban kəsirəm. Mən həmin videoda qeyd edirəm ki, Prezidentin mənə hədiyyəsidir bu. Həmin 100 qurbanı Prezidentin mənə hədiyyə etdiyi evi sataraq kəsmişəm”.
Araz Musayev Qarabağ müharibəsi başlayan gün hazırda yaşadığı evi sataraq, 1000 qurban kəsəcəyini deyib.
O eyni zamanda Mübariz İbrahimovu təhqir edən psixoloq Nərmin Şahmarzadə haqqında da danışıb.
Loading...