16 avqust 2019 www.xeber24.az

Dünyanın ən zəngin doqquz iş adamı 18 milyard dollar miqdarında zərərə uğrayıb.

Bu barədə “Forbes” açıqlama yayıb.

Nəşr bunu Amerika Fond Birjasında indekslərin kəskin düşməsi ilə əlaqələndirib.

Belə ki, “Dow Jones” indeksi 2019-cu ildə ən kəskin düşüşünü yaşayıb.

“Forbes” siyahısında lider olan Ceff Bezos 3.5 milyard, “Facebook”un sahibi Mark Zukerberq 3.2 milyard, LVMH şirkətinin CEO-su Bernar Arno isə təxminən 3 milyard dollar itirib.

Nəşrin iddiasına görə, hissə sənədlərinin dəyər itirməsi “Forbes”in 10 nəfərlik siyahısında olanlardan yalnız birinə – Nyu-Yorkun keçmiş meri Maykl Blumberqə təsir etməyib.

Avqustun əvvəlindən bəri maliyyə bazarlarındakı eniş səbəbindən jurnaldakı ən varlı 500 iş adamı təxminən 118 milyard dollar itirdi.

Fariz Eyvazlı