10 avqust 2019 www.xeber24.az

Bakıda 84 yaşlı qadın itkin düşüb.

Xeber24.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.

Belə ki, rayonun Nərimanov küçəsi, ev 39 ünvanında yaşayan 1935-ci il təvəllüdlü Yusubova Zilfi Yolçu qızı səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə aidiyyəti orqanlara onun qızı, 1971-ci il təvəllüdlü İsmayılova Arzu Həmid qızı ərizə ilə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

Fariz Eyvazlı