21 İyun 2019 www.xeber24.az

Gəncə şəhərində intihar hadisəsi baş verib.

Xeber24 xəbər verir ki, şəhərin Totanlı küçəsi, ev 123 ünvanında yaşayan 1989-cu il təvəllüdlü Qasımov Ramil Saləddin oğlu yaşadığı evdə özünü kəmərlə asıb.

Məlumata görə, R.Qasımov uzun müddət xəstəlikdən əziyyət çəkib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

Nurlan Cəfərzadə