6 iyul 2019 www.xeber24.az

Oğuzda “Xaş-xaş 2019” adlı əməliyyat və profilaktik tədbirlər planı çərçivəsində yabanı halda bitən çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, polis əməkdaşlarının iştirakı ilə baxış zamanı rayonun Bayan kəndi ərazisində əkin sahələrinin kənarında yabanı halda bitmiş 3 ton 144 kq narkotik tərkibli çətənə kolları kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Fariz Eyvazlı