28 yaşlı gənc itkin düşüb

0

01.01.2020  Xeber24.az 

13.07.1991 təvəllüdlü Hüseynov Məftun Samir oğlu 28 dekabr 2019-cu il günorta saat 16:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Əsgərlikdə olarkən sinir krizi keçirən Məftun əsgərlikdən sonra 2 saylı xəstəxanada müalicə alıb və tam sağlamlığına qovuşub. 28 dekabr tarixində anası işdə olarkən evdən cıxıb geri dönməyib. Hüseynov Məftundan hələ də heç bir xəbər yoxdu. Çarəsiz ana oğlunun tapılması üçün həm xalqımızdan, həm də cənab Prezident və xanımından yardım istəyir. Şəkildə gördüyünüz şəxs Hüseynov Məftun Samir oğludur. Görənlərdən xahiş olunur aşağıda qeyd olunan nömrəsilə əlaqə saxlasınlar.

Zəhmət olmasa, şəklə diqqətlə baxaq, tapılması üçün çarəsiz anaya dəstəyimizi göstərək.

Əlaqə nömrəsi : 055 407 06 69

 

 

 

Loading...