31 iyul 2019 www.xeber24.az

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 227 şəhid üzrə 370 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edib.

Bu barədə nazirlikdən məlumat verilib.

Birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparıldığı bildirilir.

Qeyd edək ki, bu vaxta qədər 11 294 şəhidin 16 764 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunaraq birdəfəlik ödəmə ilə təminat proqramı 92,1 faiz icra olunub.

Ümumilikdə 12 268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib.

Fariz Eyvazlı