29 Oktyabr 2019 www.xeber24.az

Binəqədi rayonunda döyülmə hadisəsi baş verib.

Xeber24.az Oxu.Az-istinadla xəbər verir ki, hadisə Ş.Məmmədova küçəsi 3 ünvanının qarşısında qeydə alınıb.

Pərviz adlı şəxs xuliqanlıq zəmnində 2008-ci il təvəllüdlü Niyazzadə Ruslan İlqar oğlunu döyərək xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.