18 Noyabr 2019 www.xeber24.az

Moskva metrosunun “Rimskaya” stansiyasında yerləşən “Madonna körpə ilə” heykəli vandallar tərəfindən zədələnib.

“RİA Novosti” xəbər verir ki, vandal mavi parçanı rəssam Leonid Berlinin əl işi olan heykələ mismarlayıb.

Bununla da o, kompozisiyanın lüt olan hissələrini örtüb. Lakin “əxlaq keşikçisi” hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılıb.

Moskva metropoliteninin mətbuat xidmətindən bildiriblər ki, sənət əsərinə ciddi ziyan dəyib və o restavrasiyaya göndərilib.