Əsgərov Fuad : “Uşaq zorakılığı insanlığa sığmır ”

0

08. 01. 2020   www.xeber24.az

Qan Donorları Assosiasiyasnın sədri Fuad Əsgərov Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının vəhşicəsinə ölümünə çox üzüldüyünü və bu halın insanlığa sığmadığını bildirib.

Mən ailə başçısıyam və üç övladım var. Çevrəmə könüllü və fədakar insanları toplayıb illərdi uşaq ölümünə qarşı mübarizə aparırıq. Bir körpənin həyatda qalması üçün bütün gücümüzü səfərbər edirik.

Uşaq zorakılığı insanlığa sığmayan bir addımdır və buna qarşı ən sərt cəza tədbirləri görülməlidir.  Bəzən insan ağlı qəbul etməkdə aciz qalır. Necə ola bilər ki insan bu qədər vəhşiləşsin. Nərmini geri qaytara bilmərik, bunu qəbul etmək çətin də olsa belədir, amma övladlaımızı qorumaq üçün nələrisə etməliyik.

 Nərmin balamızın yaxınlarına səbr diləyirəm.

Loading...