19 iyul 2019 www.xeber24.az

İraqın Ərbil şəhərindəki Türkiyənin Baş konsulluğunda xidmət edən 38 yaşlı şəhid diplomat Osman Köse Ankarada dəfn olunub.

Anadolu” xəbər verir ki, cənazə namazında və dəfndə dövlət nümayəndələri və ölkə ictimaiyyətinin görkəmli şəxsləri iştirak ediblər.

Cənazə namazından sonra şəhidin nəşi Türkiyə bayrağına sarılaraq top arabasına alınıb. O, Karşıyaka qəbiristanlığında torpağa tapşırılıb.

Fariz Eyvazlı