21 İun 2019 www.xeber24.az

Bakıda kişi həyat yoldaşını bıçaqlayıb.

Xeber24 trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

Paytaxtın Nəsimi rayonu, Novruzov qardaşları küçəsi ev 141-də yaşayan 1984-cü il təvəllüdlü Əliyev Ağalar Əliyar oğlu yaşadığı evdə qızqanclıq zəminində həyat yoldaşı, 1985-ci il təvəllüdlü Əliyeva Günel Mahir qızını boyun və bel nayihəsindən bıçaqlayıb.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən A.Əliyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

NurlanCəfərzadə

Loading...