06 Aprel 2019 www.xeber24.az

Bu günlərdə “Dxomark” – smartfon foto avadanlığının qiymətləndirilməsi üçün proqram təminatı və təchizatı ilə məşğul olan dünyaca məşhur kampaniya, ən yaxşı kameralı smartfonların siyahısını təqdim edib. “Dxomark”-ın yeni sınaq metodikası smartfon kameralarının proqram təminatının işləmə keyfiyyətini qarşılaşdırır. Nəşrin diqqətini çəkən ən vacib məqam isə portret rejimində çəkiliş və “boke” effektinin yaradılmasıdır. Belə ki, “Dxomark Galaxy S10+” əsas kamerasını – 109, selfi kamerasını isə  – 96 təltif edərək, bazarın ən yaxşı kameralı smartfonu adına layiq görüb.

Nəşr “Samsung Galaxy S10+” frontal kamerasının fotoşəkil və video çəkilişi üçün ən təkmilləşdirilmiş işləmə gücünə malik olduğunu qeyd edir. Həmçinin, “Dxomark”-ın sözlərinə görə, təsvirin dərinliyini müəyyən edən obyektivin kameraya əlavə edilməsi “boke” effektinin də keyfiyyətini artırmağa kömək etmişdir.

Yeni “Galaxy S10” smartfon xətti ilə istənilən kadrı yüksək keyfiyyətlə həkk etməyi bacaran obyektiv dəsti hər an sizinlədir. Belə ki, “S10e” smartfonun əsas kamerası ikili modul üzərindən işləyir. 12 MP-lik birinci kamera işıqlandırma şəraitindən asılı olaraq apertura göstəricisini  f/1.5 – 2.4 arasında avtomatik olaraq dəyişdirə bilən obyektiv ilə təchiz olunmuşdur. İşıq ayarlarını tənzimləməyi bacaran kamera ilə günün istənilən anında çəkiliş aparın. Zəif işıqlandırılma şəraitində güclü prosessor çəkilmiş bir neçə şəkili birləşdirərək, nəticədə sizə qüsursuz təsvir təqdim edir. “Galaxy S10” modellərində belə hallar üçün xüsusi rejim nəzərdə tutulub – Bright Night Shot. Belə ki, smatfon işıqlandırılma səviyyəsini təyin edərək, 2-3 saniyə ərzində 7 şəkilə qədər qeyd edərək, sonradan onları bir təsvirə toplayır, smartfon ştativ üzərində quraşdırıldığı halda isə 30-40 saniyəlik müddət ərzində 17 fotoya qədər qeydə alıb bir “Super Night Shot”-da birləşdirilir.

İkinci 16 MP-lik ultra geniş kamera isə 123 dərəcəlik çəkim imkanları ilə hər bir təsvirdə daha çox detalı əks etdirmək imkan yaradır.

“Galaxy S10” və “Galaxy S10+” qeyd edilmiş iki modula daha biri əlavə edilir – ikiqat zoom-lu və 12 MP-lik matrisalı telefoto kamerası. Həmçinin, kameralar ayrı ayrılıqda 30 çəkim məzmununu təyin edib hər birinə avtomatik tənzimləmə tətbiq edən süni zəka üzərində işləyən intellektual köməkçi ilə təchiz olunublar. Əlavə olaraq kameralar şəkil üzərində defektləri müəyyən edərək bu bərədə ekran üzərində məlumat əks etdirən xüsusi funksiyanı dəstəkləyirlər.

Qeyd etmək lazımdır ki, smartfonlar saniyədə 960 kadr sürəti ilə çəkilən slow-mo videolarını da dəstəkləyir, həmçinin videoda  məhz hansı anın “yavaşıdırılmalı” olduğunu siz özünüz seçirsiniz. Əlavə olaraq kameralar 4K UHD keyfiyyətli və HDR10+ təzadlı videoların da çəkimini dəstəkləyir. “Samsung” smartfonlarının tarixində ilk dəfə olaraq 4K UHD keyfiyyətli video çəkimini həm də selfi kamerası da dəstəkləyir. “Galaxy S10” xəttinin smarfonları 10 MP matrisa ilə təchiz olunublar, “S10+” modelində isə əsas frontal kameraya 8MP icazəli ikinci kamera da əlavə edilib. Qeyd edilən ikinci modul “Boke” effektli selfi çəkmək üçün təsvir dəqiqliyinin dərinliyini təhlil etmək və fonun yayılma dərəcəsini tənzimləmək üçün nəzərdə tutulub. Super sabitləşdirmənin köməyi ilə isə harada olmağınızdan asılı olmayaraq videolarınız dəqiq və qüsursuz olacaq.

“Galaxy S10” xəttinin bütün smartfonları animasiyalı oxşarınız olan selfimoji-ləri dəstəkləyir. Bunun üçün sadəcə selfinizi çəkmək yetərlidir, smartfon isə sizin hərəkətlərinizi və üz cizgilərini təkrarlayan animasiyalı avatarınızı yaradacaq. Şəxsi avatarınızın görünüşünü istədiyiniz kimi dəyişə, geyim və aksessuar əlavə edə bilərsiniz.

Yeni “Galaxy S10” xəttinin smartfonları haqqında ətraflı məlumatı “Baku Electronics”, “Irshad Electronics”, “Kontakt Home”, “Maxi.Az”, “Soliton” və “Optimal” mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Fariz Eyvazlı

Loading...