64 saylı Sabirabad ikinci seçki dairəsinin 15 saylı məntəqəsi  Dadaşbəyli K. kənd orta məktəbində yerləşən seçki məntəqəsində keçirilən səsvermədə saxtakarlıq aşkarlanıb.

Kənardan nümayəndənin siyahıya alma qeydlərə əsasən cəmi 29 seçici məntəqəyə gələrək səs verib.

Məntəqədə komissiya sədri isə 300 seçicinin gəldiyini bildirib. Bu məsələdən o qənaətə gəlmək olar ki, gün ərzində Dilşad Əhədovaya qarşı növbəti təxribata yol verilib.

Əvvəlcədən əlbir olub, planlaşdırılmış şəkildə bülletenlər doldurularaq digər namizədə səs verilib.

Qeyd edək ki, bundan əvvəl 64 saylı Sabirabad ikinci seçki dairəsində Ə. Dilşada müşahidəçilər verilməmişdi. Bundan əlavə dairə adı çəkilən namizədin rəsmi nümayəndəsinə vəsiqə verməkdən boyun qaçırıb.

Loading...