Açıqlama : Bayram günlərində banklara kredit ödənişi olanlar diqqətli olmalıdır. Çünki ölkədə 9 qeyri-iş günü olsa da, bankların bəziləri işləyəcək. Bu isə o deməkdir ki, siz krediti vaxtında ödəməsəniz problem yarana bilər. ANS TV-nin məlumatına görə, Novruz bayramı ilə əlaqədar ölkədə 9 qeyri-iş gününün olması əksər xidmət sahələrində olduğu, bank sektorunun işindən də yan keçməyib. Vətəndaşları düşündürən əsas məsələ isə kreditlərin ödənişilə bağlıdır. Əsas sual isə budur, kreditin ödənmə tarixi bu 9 günə təsadüf edən müştərilər nə etməlidir? Mütəxəssislərin fikrincə, qanunvericiliyə əsasən son ödəmə tarixi qeyri-iş günlərinə düşən, amma ödənişi edə bilməyən vətəndaşlara əlavə faiz hesablanmamalı və gecikmə kimi qeyd olunmamalıdır. Əks halda bu müştərinin hüquqlarının pozulması deməkdir. Amma tətil müddətində heç də bütün banklar qeyri-iş günü elan etməyiblər. Onların bir qismi bayram olmasına baxmayaraq, müəyyən edilmiş günlərdə işləyəcək. Ona görə də vətəndaşlar kreditlərini həmin günlərdə qaytarmalı olacaqlar. Əks halda əlavə faiz hesablana bilər. İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, krediti olan şəxsin ödəmə müddəti martı ayının 21-nə təsadüf edirsə, belə olan halda martın 21-i qeyri-iş günü olaraq banklar fəaliyyət göstərməyə bilər: “Amma martın 25-də qeyri-iş günü olmasına baxmayaraq bank işə başlayırsa, o zaman krediti olan şəxs ödəniş etməlidir. Çünki, martın 25-də başlayaraq bankda iş bərpa olunur və həmin gündən etibarən artıq yubanma qeydə alınaraq, ödənilməyən kreditə görə faiz hesablanacaq”. Mütəxəssislər məsələhət görürlər ki, krediti olan vətəndaşlar ölkədəki qeyri-iş günlərinə deyil, bankların iş cədvəlinə diqqət yetirsinlər, ödənişlərini də bu günlərə əsasən həyata keçirsinlər.



Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
DİGƏR VİDEOLAR
Qarabagimiz (Qarabag FK) - Rejissor Kərim Rəhimov
Qarabagimiz (Qarabag FK) - Rejissor Kərim Rəhimov
“Nə olardı ki, jurnalistlər yağış yağanda arxı açardı...” - Merdən məsləhət (VİDEO)
“Nə olardı ki, jurnalistlər yağış yağanda arxı açardı...” - Merdən məsləhət (VİDEO)
“Məni anamdan ayırmasınlar, onsuz yaşaya bilmərəm”
“Məni anamdan ayırmasınlar, onsuz yaşaya bilmərəm”
Nurayın fəryadı...
Nurayın fəryadı...
SPACE TV MOSULDA
SPACE TV MOSULDA
"Səs Azərbaycan"ın münsifləri tanıtım reklamında!
Kristina Vukas - Mami!
Kristina Vukas - Mami!
Rihanna, Barbadosda 'twerking' edərsə...
Rihanna, Barbadosda 'twerking' edərsə...
RƏQSİ İLƏ DİLLƏRƏ DÜŞDÜ!
RƏQSİ İLƏ DİLLƏRƏ DÜŞDÜ!

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.