Açıqlama : İçəri Şəhərdə II Beynəlxalq Novruz Festivalı və Qalada Novruz Bayramı şənlikləri keçiriləcək. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən SİA-ya verilən məlumata görə, baharın gəlişini müjdələyən, xalqımızın qədim tarixə malik milli bayramı olan Novruz bayramı bu il də İçəri Şəhərdə təntənəli şəkildə qeyd olunacaq. Qoruq İdarəsi öz ənənəsinə sadiq qalaraq cari ilin mart ayının 20-dən 23-nə kimi II Beynəlxalq Novruz Festivalının keçirilməsini nəzərdə tutub. Dörd gün davam edəcək Novruz Bayramı festivalında Azərbaycanla yanaşı bu bayramı qeyd edən yeddi ölkənin (Türkiyə, Rusiya, İran, Pakistan, Özbəkistan, Tacikistan və Qırğızıstan) nümayəndələri də iştirak edəcəklər.  Festival günlərində Qoşa Qala Qapısı meydanında “Meydan Bazarı” təşkil olunacaqdır. Yerli və xarici ölkə nümayəndələrinin iştirak edəcəyi “Meydan Bazarında” hər bir ölkənin mədəniyyətini əks etdirən video-filmlər, milli-tətbiqi sənət məhsulları, suvenirlər, açıqcalar, broşurlar, milli mətbəx nümunələri sərgilənəcək. Novruz Bayramı şənliklərində bir-birindən maraqlı çoxsaylı tədbirlər nəzərdə tutulmuşdur. Hər gün səhər saatlarından pəhləvanlar, pantomima artistləri, skripkaçılar, zurnaçılar, kəndirbaz və sehirbazlar öz məharətini göstərəcək, uşaq teatrının artistləri, bədii və tarixi personajlar, müxtəlif ölkələrin xalq və əfsanəvi qəhrəmanlarının canlı obrazları, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanlara əsl bayram əhval-ruhiyyəsi yaşadacaqlar. Festival çərçivəsində hər gün Qoşa Qala qapısı meydanında, Qız Qalası meydanında və Əliağa Vahidin heykəli qarşısında konsert proqramları keçiriləcək.  Bayram tədbirləri çərçivəsində İçəri Şəhərlə yanaşı 20-21 mart tarixlərində “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da həm uşaq, həm də böyüklər üçün rəngarəng konsert proqramı və müxtəlif oyunlarla dolu Novruz şənlikləri keçiriləcəkdir. “Qala” Qoruğunda keçiriləcək Novruz tədbirləri ilə əlaqədar olaraq martın 20-21-də Qoşa Qala Qapıları qarşısından yola düşəcək nəqliyyat vasitələri festivalda iştirak etmək istəyən qonaqlara pulsuz xidmət göstərəcək. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi xalqımızı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edir, bu əziz bayram günlərində hər bir ailəyə bahar əhval-ruhiyyəsi, cansağlığı, firavan həyat, gözəl bayram ovqatı və sevinc arzulayır, hamını II Beynəlxalq Novruz Bayramı festivalında iştirak etməyə dəvət edir.



Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
DİGƏR VİDEOLAR
Qarabagimiz (Qarabag FK) - Rejissor Kərim Rəhimov
Qarabagimiz (Qarabag FK) - Rejissor Kərim Rəhimov
“Nə olardı ki, jurnalistlər yağış yağanda arxı açardı...” - Merdən məsləhət (VİDEO)
“Nə olardı ki, jurnalistlər yağış yağanda arxı açardı...” - Merdən məsləhət (VİDEO)
“Məni anamdan ayırmasınlar, onsuz yaşaya bilmərəm”
“Məni anamdan ayırmasınlar, onsuz yaşaya bilmərəm”
Nurayın fəryadı...
Nurayın fəryadı...
SPACE TV MOSULDA
SPACE TV MOSULDA
"Səs Azərbaycan"ın münsifləri tanıtım reklamında!
Kristina Vukas - Mami!
Kristina Vukas - Mami!
Rihanna, Barbadosda 'twerking' edərsə...
Rihanna, Barbadosda 'twerking' edərsə...
RƏQSİ İLƏ DİLLƏRƏ DÜŞDÜ!
RƏQSİ İLƏ DİLLƏRƏ DÜŞDÜ!

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.