Açıqlama : Tələbələrin İstanbulda keçirdiyi aksiyada toqquşmalar yaşanıb Region Türkiyədə 2013-cü ilin Gəzi Parkı hadisələri zamanı polis zorakılığı nəticəsində qətlə yetirilmiş yeniyetmə Berkin Elvanın xatirəsinə tələbələrin İstanbulda keçirdiyi aksiyada toqquşmalar yaşanıb. ANS TV-nin məlumatına görə, bir qrup tələbə hökumət əleyhinə etirazların simvoluna çevrilmiş Gəzi Parkında icazəsiz aksiya keçirməyə çalışıb. Özlərini anarxiyaçı adlandıran tələbələr əllərinə götürdükləri qırmızı boyaları parkın pilləkənlərinə töküb, “Berkin buradadır” yazılı plakat tutub. Etirazçılar ucadan şüarlar səsləndirincə hadisə yerinə gələn polis plakatı tələbələrin əlindən almağa çalışıb. Tələbələrin müqavimət göstərməsilə tərəflər arasında qarşıdurma yaşanıb. Tələbələrdən bəziləri pilləkanlardan yerə yıxılıb. Asayış keşikçiləri azı 8 etirazçını saxlayıb. Məhz həmin ərazidə iki il əvvəl Bərkin Elvan adlı yeniyetmə polisin Okmeydanı rayonunda tələbələrin keçirdiyi aksiya zamanı onlara icazə verilmədiyi halda gözyaşardıcı qaz balonunun başına tuş gəlməsi nəticəsində, ölümcül yaralanmış, bir müddət komadan qaldıqdan sonra dünyasını dəyişmişdi. Çəkməköydəki aksiyada etirazçılar küçədə barikada qurmağa çalışıb. Bəzi aksiya iştirakçıları yaxınlıqdakı litseyə daxil olmağa cəhd edərkən, ara qarışıb. Hadisə yerinə gələn çevik polis qüvvələri aksiyaya müdaxilə etməli olub. Üzləri maskalı etirazçılar polisi daş atəşinə tutub, üzərlərinə fişənglər buraxıb. Polisin su şırnaqları və gözyaşardıcı qazla müdaxiləsindən sonra etirazçılar ərazidən uzaqlaşıb. Oxşar toqquşmalar paytaxt Ankarada da qeydə alınıb.



Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
DİGƏR VİDEOLAR
Elcan Lerikin yeni şeiri-Bağışlamışdım
Elcan Lerikin yeni şeiri-Bağışlamışdım
Qarabagimiz (Qarabag FK) - Rejissor Kərim Rəhimov
Qarabagimiz (Qarabag FK) - Rejissor Kərim Rəhimov
“Nə olardı ki, jurnalistlər yağış yağanda arxı açardı...” - Merdən məsləhət (VİDEO)
“Nə olardı ki, jurnalistlər yağış yağanda arxı açardı...” - Merdən məsləhət (VİDEO)
“Məni anamdan ayırmasınlar, onsuz yaşaya bilmərəm”
“Məni anamdan ayırmasınlar, onsuz yaşaya bilmərəm”
Nurayın fəryadı...
Nurayın fəryadı...
SPACE TV MOSULDA
SPACE TV MOSULDA
"Səs Azərbaycan"ın münsifləri tanıtım reklamında!
Kristina Vukas - Mami!
Kristina Vukas - Mami!
Rihanna, Barbadosda 'twerking' edərsə...
Rihanna, Barbadosda 'twerking' edərsə...

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.