Açıqlama : Novaya qazeta: Rusiya hökuməti güllələnmə siyahısı hazırlayıb Region Rusiyanın müxalifət lideri Boris Nemtsovun qətlindən artıq iki həftə keçsə də, gündəmdən düşmür. Bu gün Nemtsovun qətlini gündəmdə saxlayan onu öldürməkdə ittiham olunan çeçen əsilli Rusiya vətəndaşı Zaur Dadayev məhkəmədə verdiyi ifadəsini dəyişərək cinayəti işlətmədiyini deyib. O, daha öncəki ifadəsini hədələrə məruz qalması ilə əsaslandırıb. ANS TV-nin Moskva bürosunun məumatına görə, bir neçə gün öncə Basmannı məhkəməsində Nemtsovu öldürdüyünü deyən Dadayev hədə-qorxuya məruz qalması ilə əlaqədar belə bir addım atdığını açıqlayıb. Dadayev qeyd edib ki, o, Nemtsovu öldürdüyünü deməsə idi, onu da dostu Beslan Şabanov kimi öldürəcəkdilər. O deyib ki, Moskvada hər şeyi danışacağını düşünsə də, hakim ona heç söz də verməyib. Rusiya prezidenti yanında insan haqlarından cavabdeh komissiyanın sədri Andrey Babuşkin də Dadayevin son bəyanatından sonra bu gün şübhəlilərin saxlanıldığı Lefortovo həbsxanasında olub. O, həmin şəxslərin bədənində çox sayda yaralar gördüyünü etiraf edib. Andrey Babuşkin Rusiya İstintaq Komitəsinə saxlanılanların təhlükəsizliyinin təmin edilməsi və bədənlərindəki yaraların səbəbinin araşdırılması tələbiylə müraciət edib. Rusiya İstintaq Komitəsi Zaur Dadayev və daha 4 nəfəri rus müxalifətçisi Boris Nemtsovu peyğəmbəri tənqid etdiyi üçün öldürməkdə şübhəli bilir. Rusiya müsəlmanları qətlin islamla əlaqələndirilməsindən və ölkədəki islamofobiya havasının yenidən canlandırılmasından narahat olduqlarını deyirlər. Rusiya müftüsünün köməkçisi Nafiqulla Aşirov bildirdi ki, bu cinayətlə bağlı islama qarşı bəyanatlar onu çox narahat edir: "Hələ istintaq nəticələri bilinmədən hamı cinayətin islam və Qafgaz izindən danışılır. Halbuki, siyasi məqsədlə törədildiyi heç kimdə şübhə oyatmayan bu hadisəylə bağlı islama işarət edilməsi ölkəmizdə milli və dini qarşıdurmanı gərginləşdirməyə xidmət edir”. Xatırladaq ki, Putinə qarşı sərt tənqidləriylə tanınan Boris Nemtsov 27 fevral gecəsi Kreml divarları yaxınlığındakı Moskvaretski köprüsündə güllələnərək qətlə yetirilib. Rusiyanın “Novaya qazeta” mətbuat orqanı isə Nemtsovun qətli ilə bağlı qalmaqallı məlumat yayıb. Qəzetin xəbərinə görə, Rusiya hökuməti güllələnmə siyahısı hazırlayıb. Nemtsovdan sonra bu siyahıda Mixail Xodorkovski, “Exo Moskvı” radiostansiyasının baş redaktoru Aleksey Venediktov və aparıcı Kseniya Sobçakın da adı var. Artıq Venediktovun ölkəni tərk etdiyi deyilir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bu məlumatları absurd adlındırıb.



Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
DİGƏR VİDEOLAR
Qarabagimiz (Qarabag FK) - Rejissor Kərim Rəhimov
Qarabagimiz (Qarabag FK) - Rejissor Kərim Rəhimov
“Nə olardı ki, jurnalistlər yağış yağanda arxı açardı...” - Merdən məsləhət (VİDEO)
“Nə olardı ki, jurnalistlər yağış yağanda arxı açardı...” - Merdən məsləhət (VİDEO)
“Məni anamdan ayırmasınlar, onsuz yaşaya bilmərəm”
“Məni anamdan ayırmasınlar, onsuz yaşaya bilmərəm”
Nurayın fəryadı...
Nurayın fəryadı...
SPACE TV MOSULDA
SPACE TV MOSULDA
"Səs Azərbaycan"ın münsifləri tanıtım reklamında!
Kristina Vukas - Mami!
Kristina Vukas - Mami!
Rihanna, Barbadosda 'twerking' edərsə...
Rihanna, Barbadosda 'twerking' edərsə...
RƏQSİ İLƏ DİLLƏRƏ DÜŞDÜ!
RƏQSİ İLƏ DİLLƏRƏ DÜŞDÜ!

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.