Açıqlama : Biz sizin Qarabağı özümüzə qaytaracağınıza inanırıq. Atam kimi general olmasam da, bütün məsələlərdə atam kimi olmağa çalışmışam. İlham Əliyevin nə vaxtsa, etdiyi bu etirafı onun dövlətə xidmətinin göstəricisi hesab etmək olar. Ölkənin birinci şəxsini ANS Şirkətlər Qrupu adından təbrik edirik. Ona can sağlığı, fəaliyyətində uğurlar arzulayırıq! Prezident İlham Əliyevi bu gün 53 yaşı münasibətilə təbrik edən övladları oldu. Qızı Arzu və oğlu Heydər sosial şəbəkədə atalarına ən xoş arzularını çatdırdılar. Bakının mərkəzi otellərindən birində keçirilən inkişafın 10 ili adlı konfrans da prezidentin ad gününə həsr olunmuşdu. Hökümət üzvlərinin, deputatların təmsil olunduğu tədbirdə xüsusilə nazirlər danışdı. Başqa sözlə hesabat verdilər. Hansı ki, o hesabatı prezidentin özü bu yaxınlarda ASAN könüllülərin qarşısında vermişdi. Orada gənclərə tövsiyyə də vardı, Azərbaycanın sosial siyasətinin mahiyyətindən doğan əsaslı açıqlamalar da. Uzağa getməyək elə “ASAN xidmət”in özündən danışaq. Prezidentin təbirincə desək, bu gün “ASAN xidmət” Azərbaycan brendidir və ölkəmiz təkcə neft-qaz resursların deyil, bu intellektual məhsulunu da dünyaya ixrac etməyə hazırdır. “ASAN xidmət” korrupsiya və rüşvətxorluğa qarşı inistitutsional tədbirlər arasında xüsusi yer tutur. Və əminəm ki, əgər digər ölkələrdə bu təcrübə tətbiq olunarsa, onlar da bunun müsbət nəticələrini tezliklə görəcəklər”. Və yaxud, başqa bir misal. Bütün postovet ölkələrində milli valyutanın dəyərdən düşməsi fonunda Azərbaycan manatı sabit olaraq qalır. Yəni, dünya bazarında neftin bahalaşmasının ayrı-ayrı ölkələrə vurduğu ziyan Azərbaycanı təhdid etmir. Buna prezidentin özü şəxsən təminat verir: “İndi neftin qiyməti demək olar ki, yüz faiz aşağı düşüb. Bir adam Azərbaycanda bunu hiss edibmi? Xeyir, hiss etməyəcəkdi. Çünki bizim çox güclü iqtisadi dayaqlarımız var. Manatın məzənnəsi sabitdir”. Hər halda sosial siyasət ilk növbədə özünü əhalinin güzəranında göstərir. Etiraf edək ki, bu gün Bakıda avtomobil əlindən tərpənmək mümkün deyil. Bəzən bir ailənin 4 üzvündən üçü maşına sahibdir. İnsanlar istirahətlərini əvvəlki illərdən fərqli olaraq xarici ölkələrdə keçirir, hamıda telefon, hamı ən yüksək texnoloji yeniliklərə malikdir. Deməli, naşükür olmağımıza ehtiyac yoxdur. Deməli, prezidentə təşəkkür etmək, ona sağ ol demək üçün bütün bunlar da yetərlidir. Sağ olun cənab prezident. Əminəm ki, indi bizə baxırsınız. Çünki, bunu bu ilin əvvəli ANS-in kollektivini öz iqəmətgahınızda qəbul etdiyiniz gün etiraf etmişdiniz: “Verlişləri mən izləyirəm. Burada oturanların demək olar ki, hamısını qiyabi olsa da tanıyıram. Arzu edirəm ki, gələcəkdə də siz həmişə Azərbaycan xalqının rəğbətini qazanasınız. Sizə inanırlar”. Biz də sizə inanırıq. Azərbaycanı daha da gülüstana çevirəcəyinizə, Qarabağı özümüzə qaytaracağınıza və daha nələrə, nələrə... Ad gününüz mübarək!



Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
DİGƏR VİDEOLAR
Qarabagimiz (Qarabag FK) - Rejissor Kərim Rəhimov
Qarabagimiz (Qarabag FK) - Rejissor Kərim Rəhimov
“Nə olardı ki, jurnalistlər yağış yağanda arxı açardı...” - Merdən məsləhət (VİDEO)
“Nə olardı ki, jurnalistlər yağış yağanda arxı açardı...” - Merdən məsləhət (VİDEO)
“Məni anamdan ayırmasınlar, onsuz yaşaya bilmərəm”
“Məni anamdan ayırmasınlar, onsuz yaşaya bilmərəm”
Nurayın fəryadı...
Nurayın fəryadı...
SPACE TV MOSULDA
SPACE TV MOSULDA
"Səs Azərbaycan"ın münsifləri tanıtım reklamında!
Kristina Vukas - Mami!
Kristina Vukas - Mami!
Rihanna, Barbadosda 'twerking' edərsə...
Rihanna, Barbadosda 'twerking' edərsə...
RƏQSİ İLƏ DİLLƏRƏ DÜŞDÜ!
RƏQSİ İLƏ DİLLƏRƏ DÜŞDÜ!

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.