Açıqlama : Erməni millətçilərinin qatı düşmənçilik siyasəti böyük fəlakətlər törətmişdir. Bu gün xalqımızın tarixi taleyi, gələcəyi Azərbaycanın hər bir vətəndaşından düşünməyi, odlar yurdunu düşmənin gözlənilən məkrindən qorumağı tələb edir. Xalqı bu məslək uğrunda birləşdirən ən müqəddəs hisslərindən biri də şəhid oğlu və qızlarımızın nakam ruhu qarşısında vətandaşlıq borcumuzdur. İsti dəmirə düşən su kimi son nərəsinədək cızıldayıb sönsələrdə haqdan dönmədilər. Həqiqət uğrunda vətən yolunda canlarından keçdilər, əbədilik qazandılar şəhidlərimiz. Şəhid qanı şəhid məsləki and yerimizə, iman yerimizə çevrilib. Təsəllimiz odur ki bizi qəflət yuxusundan ayıltdı, birləşdirdi. Şəhidlik ömrün zirvəsidir, bu yolu doğma torpağı, ulu vətəni canlarından əziz tutanlar dedilər. Dahi Nizami Qədim Bərdənin hüsnünü vəsf etməklə yanaşı həm də bu məkanı mərdlər və gözəllər diyarı adlandırıb. Həqiqətən də 1990-cı illərin əvvəllərində Qarabağ uğrunda gedən savaşlarda xüsusi ilə Ağdərə, Kəlbəcər, Ağdam döyüşlərində Bərdə Batalyonlarının igid əsgərləri mərdliklə vuruşmuş qəhrəmanlıq nümunəsi göstərmiş, 300 nəfərə yaxın Bərdəli çəhid olmuşdur. Yüzlərlə Bərdəli gəncin silaha sarılıb Qarabağın müdafiəsinə qalxmasının şahidi olmuşuq. Əlbəttə yaxın keçmişimizin “Qanla yazılmlş” tarixi çoxlarımızın yaddaşına həkk olunub. Haqqında məlumat verdiyimiz Bərdə şəhərində 1972-ci ildə anadan olmuş, 1990-cı, 1992-ci il aprelin 10-a qədər Ağdərə, Ağdam döyüşlərində düşmənə ağır zərbə vuran, dostlarına ən çətin anlarda qəhrəmancasına köməklik edən Şəhid Nəsirov Mürvət Ağagül oğludur. O, dəfələrlə düşmənlə üz-üzə gəlmiş düşmənin canlı qüvvəsini və döyüş texnikasını məhv etmişdir. O, 1992-ci il aprel ayında qəhrəmancasına həlak olmuşdur. Onun anası Nəsirova Ələviyyə İmran qızı oğlunun məzarı üstündə and içərək qanını yerdə qoymayacağını vəd etmişdir. Oğlunun qanlı döyüş formasını geyinərək düşmənlə döyüşə getmişdir. Keçirilən uğurlu əməliyyatlarda iştirak etmiş, düşmənə layiqli cavab vermişdir. Özü dediyi kimi şəhidlərin qisasını almışdır. Ananın qəhrəmanlığı 4-cü sinif oxu kitabında 166 səhifə “Ana intiqamı” mövzusunda dərsliyə çevrilib. Respublika Prezidenti möhtərəm cənab İlham Əliyevin ölkəmizdə şəhid ailələrinə daim diqqəti göz önündədir. Elə bu baxımdan 2014-cü ildə Bərdə şəhərində şəhid Mürvət Nəsirovun anası Nəsirova Ələviyyə İmran qızı yeni mənzillə təmin olunmuşdur. Bərdə Rayon İcra Hakimiyyətinin Başçısı Vidadi İsayevin Şəhid ailələrinə daim qayğı göstərməsi nəticəsində Bərdə şəhəri Səməd Vurğun küçəsində Şəhid Mürvət Nəsirovun adını daşıyan yanacaq doldurma məntəqəsi üçün yer ayrılmış müasir formada məntəqə tikilmiş və istifadəyə verilmişdir.



Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
DİGƏR VİDEOLAR
Qarabagimiz (Qarabag FK) - Rejissor Kərim Rəhimov
Qarabagimiz (Qarabag FK) - Rejissor Kərim Rəhimov
“Nə olardı ki, jurnalistlər yağış yağanda arxı açardı...” - Merdən məsləhət (VİDEO)
“Nə olardı ki, jurnalistlər yağış yağanda arxı açardı...” - Merdən məsləhət (VİDEO)
“Məni anamdan ayırmasınlar, onsuz yaşaya bilmərəm”
“Məni anamdan ayırmasınlar, onsuz yaşaya bilmərəm”
Nurayın fəryadı...
Nurayın fəryadı...
SPACE TV MOSULDA
SPACE TV MOSULDA
"Səs Azərbaycan"ın münsifləri tanıtım reklamında!
Kristina Vukas - Mami!
Kristina Vukas - Mami!
Rihanna, Barbadosda 'twerking' edərsə...
Rihanna, Barbadosda 'twerking' edərsə...
RƏQSİ İLƏ DİLLƏRƏ DÜŞDÜ!
RƏQSİ İLƏ DİLLƏRƏ DÜŞDÜ!

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.