İndi Ankranın daha bir dərdi var, Obama “soyqırım” deməsin. Müəllif ANS TVBaxılıb 862Kateqoriya Region Türkiyə iqtidarının son addımlarını izləyəndə anlaşılmayan məqamlar ortaya çıxır. Məsələn, baş nazirə erməni Mahçupyanın köməkçi gətirliməsi kimi. Mahçupyan nə qədər Türkiyənin adamı olsa belə, sonda bir ermənidir və necə ki, dünən “erməni soyqrımı”nın olduğunu söylədi və işdən getdi. Yaxud da İstanbul küçələrinə çıxıb “Hamımız erməniyik” deyən türklər kimi. Bu azmış kimi, Türkiyə nədənsə, Avropa Birliyinə üzv olmaqda hələ də israr edir. Halbuki Avropa Birliyi türklərə elə bir şillə vurdu ki, bu tarixdən-tarixə ötürüləcək addım oldu. Qazağıstana Avropa Parlamentinin qərarının doğurduğu mənfi assosiasiyanın təsiri altında gedən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ölkədə də məhz qondarma erməni soyqırımdan danışacağı gözlənilən idi. Hərçənd, o öz mövqeyini hələ səfər qabağı bildirmiş, Avropa Parlamentinin qərarını kəskin tənqid etmişdi. “Avropa Parlamenti hansı qərarı verirsə versin. Bir qulağımızdan girər, o bir qulağımızdan çıxar”, - deyə Ərdoğan bildirib. Qazağıstanda mühüm görüşlər keçirən Ərdoğan avropalıların qərarına təkrar münasibət bildirib. Nursultan Nazarbayevlə birgə təşkil etdiyi mətbuat konfransında o, bu qərarın hüquqi əsası olmadığına diqqət çəkib və ermənilərə çağırış edib: “Ötən il aprelin 23-də Ermənistana barış əlimi uzatdım. Təəssüflər olsun ki, uzatdığım əl havada qaldı. Bu gün 1915-ci il hadisələrini bahanə edərək ölkəmizin əleyhinə qərarlar verən dövlətlərin, qurumların ermənilərin haqqını, hüququnu qorumaq, kədərini paylaşmaq kimi bir məqsədləri yoxdur. Hazırda verilən bütün qərarların bizim üçün heç bir önəmi yoxdur. Buradan bir daha ermənilərə dostluq çağrışı edirəm. Gəlin tarixi tarixçilərin ixtiyarına buraxaq”. Avropa Parlamentinin qərarı isə Türkiyə mediasında ciddi müzakirə olunmaqdadır. Bu qərarın deklorasiya xarakteri daşıdığını, yəni hüquqi bir əsası olmadığını deyənlər də var, onun siyasi nəticəsinə inananlar da. Əksəriyyət düşünür ki, Türkiyə ilə bağlı istənilən dinləmələrdə bu qərar mütləq öz sözünü deyəcək. Hər halda, türk dünyası Avropalıların ermənilərə dayı deməsinin şokunu yaşadığı bir vaxtda bir şok xəbər də Baş nazir Əhməd Davudoğlunun erməni əsilli müavini Etyen Mahçubyanı mahcub edib. O, vəzifəsindən azad olunub. Düzdür, Mahçupyan bunu yaş həddi ilə əsaslandırıb. Deyib ki, 65 yaşı tamam olduğu üçün o, martın 9-dan vəzifəsini rəsmi yox, fəxri olaraq davam etdirirdi. İstənilən halda bu qərarın indi açıqlanması diqqət çəkir. Xatırladaq ki, Etyen Mahçupyan Bosniya və Afrikada yaşananlar soyqırım kimi qəbul edilirsə, 1915-ci ildə ermənilərə qarşı törədilənlərə nədən “soyqırım” deyilməsin? fikri ilə gündəmə gəlmişdi. Avropa Birliyinin bu qərarı əslində Türkiyə üçün sürpriz olmadı. İndi Ankranın daha bir dərdi var. Heç olmasa Birləşmiş Ştatlar prezidenti Barak Obama “soyqırım” deməsin. Bunun qarşısını alamaq üçün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu həftənin sonu okeanın o tayına gedəcək. Gözləyək görək ordan nə xəbər gələcək.




Açıqlama : İndi Ankranın daha bir dərdi var, Obama “soyqırım” deməsin. Türkiyə iqtidarının son addımlarını izləyəndə anlaşılmayan məqamlar ortaya çıxır. Məsələn, baş nazirə erməni Mahçupyanın köməkçi gətirliməsi kimi. Mahçupyan nə qədər Türkiyənin adamı olsa belə, sonda bir ermənidir və necə ki, dünən “erməni soyqrımı”nın olduğunu söylədi və işdən getdi. Yaxud da İstanbul küçələrinə çıxıb “Hamımız erməniyik” deyən türklər kimi. Bu azmış kimi, Türkiyə nədənsə, Avropa Birliyinə üzv olmaqda hələ də israr edir. Halbuki Avropa Birliyi türklərə elə bir şillə vurdu ki, bu tarixdən-tarixə ötürüləcək addım oldu. Qazağıstana Avropa Parlamentinin qərarının doğurduğu mənfi assosiasiyanın təsiri altında gedən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ölkədə də məhz qondarma erməni soyqırımdan danışacağı gözlənilən idi. Hərçənd, o öz mövqeyini hələ səfər qabağı bildirmiş, Avropa Parlamentinin qərarını kəskin tənqid etmişdi. “Avropa Parlamenti hansı qərarı verirsə versin. Bir qulağımızdan girər, o bir qulağımızdan çıxar”, - deyə Ərdoğan bildirib. Qazağıstanda mühüm görüşlər keçirən Ərdoğan avropalıların qərarına təkrar münasibət bildirib. Nursultan Nazarbayevlə birgə təşkil etdiyi mətbuat konfransında o, bu qərarın hüquqi əsası olmadığına diqqət çəkib və ermənilərə çağırış edib: “Ötən il aprelin 23-də Ermənistana barış əlimi uzatdım. Təəssüflər olsun ki, uzatdığım əl havada qaldı. Bu gün 1915-ci il hadisələrini bahanə edərək ölkəmizin əleyhinə qərarlar verən dövlətlərin, qurumların ermənilərin haqqını, hüququnu qorumaq, kədərini paylaşmaq kimi bir məqsədləri yoxdur. Hazırda verilən bütün qərarların bizim üçün heç bir önəmi yoxdur. Buradan bir daha ermənilərə dostluq çağrışı edirəm. Gəlin tarixi tarixçilərin ixtiyarına buraxaq”. Avropa Parlamentinin qərarı isə Türkiyə mediasında ciddi müzakirə olunmaqdadır. Bu qərarın deklorasiya xarakteri daşıdığını, yəni hüquqi bir əsası olmadığını deyənlər də var, onun siyasi nəticəsinə inananlar da. Əksəriyyət düşünür ki, Türkiyə ilə bağlı istənilən dinləmələrdə bu qərar mütləq öz sözünü deyəcək. Hər halda, türk dünyası Avropalıların ermənilərə dayı deməsinin şokunu yaşadığı bir vaxtda bir şok xəbər də Baş nazir Əhməd Davudoğlunun erməni əsilli müavini Etyen Mahçubyanı mahcub edib. O, vəzifəsindən azad olunub. Düzdür, Mahçupyan bunu yaş həddi ilə əsaslandırıb. Deyib ki, 65 yaşı tamam olduğu üçün o, martın 9-dan vəzifəsini rəsmi yox, fəxri olaraq davam etdirirdi. İstənilən halda bu qərarın indi açıqlanması diqqət çəkir. Xatırladaq ki, Etyen Mahçupyan Bosniya və Afrikada yaşananlar soyqırım kimi qəbul edilirsə, 1915-ci ildə ermənilərə qarşı törədilənlərə nədən “soyqırım” deyilməsin? fikri ilə gündəmə gəlmişdi. Avropa Birliyinin bu qərarı əslində Türkiyə üçün sürpriz olmadı. İndi Ankranın daha bir dərdi var. Heç olmasa Birləşmiş Ştatlar prezidenti Barak Obama “soyqırım” deməsin. Bunun qarşısını alamaq üçün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu həftənin sonu okeanın o tayına gedəcək. Gözləyək görək ordan nə xəbər gələcək.



Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
DİGƏR VİDEOLAR
Qarabagimiz (Qarabag FK) - Rejissor Kərim Rəhimov
Qarabagimiz (Qarabag FK) - Rejissor Kərim Rəhimov
“Nə olardı ki, jurnalistlər yağış yağanda arxı açardı...” - Merdən məsləhət (VİDEO)
“Nə olardı ki, jurnalistlər yağış yağanda arxı açardı...” - Merdən məsləhət (VİDEO)
“Məni anamdan ayırmasınlar, onsuz yaşaya bilmərəm”
“Məni anamdan ayırmasınlar, onsuz yaşaya bilmərəm”
Nurayın fəryadı...
Nurayın fəryadı...
SPACE TV MOSULDA
SPACE TV MOSULDA
"Səs Azərbaycan"ın münsifləri tanıtım reklamında!
Kristina Vukas - Mami!
Kristina Vukas - Mami!
Rihanna, Barbadosda 'twerking' edərsə...
Rihanna, Barbadosda 'twerking' edərsə...
RƏQSİ İLƏ DİLLƏRƏ DÜŞDÜ!
RƏQSİ İLƏ DİLLƏRƏ DÜŞDÜ!

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.