Paytaxtın 5 rayonunun məktəblərinin müəllimləri vəzziyyətdən narazıdır Müəllif ANS TVBaxılıb 72Kateqoriya Təhsil Bu gün paytaxtın bir sıra məktəblərinin müəllimləri aldıqları xəbərdən yaman narahatlıq hissi keçirib. Onların dediklərinə görə, imtahandan bir saat əvvəl bu haqda xəbər almaları əsəblərini tarıma çəkib. Təhsil Nazirliyi isə narahatlığa əsas görməyib. Pedaqoqlar arasında anlaşılmazlıq olub. Aprelin 16-da 95 saylı tam orta məktəbin qarşısında onlarla müəllim etiraz əlaməti olaraq bir yerə toplaşıb. Paytaxtın 5 rayonunun müxtəlif təhsil ocaqlarından bura yığışan müəllimlər deyir ki, onlar bir saat əvvəldən bura çağırılıblar. Məlum olub ki, müəllimlər imtahan verməli olacaq. Buna görə də müəllimlər buna etiaz olaraq imtahana girməyiblər. Bildirirlər ki, yalnız elə 95 saylı məktəbin pedaqoqları imtahana daxil olub. Dediklərinə görə, artıq ikinci dəfədir imtahan verirlər, hətta sertifakatla da təmin olunublar. Bundan əvvəl 4 ay ixtisasartırma kursunda da iştirak ediblər. İndisə təşkil olunan test imtahanı onların fikrincə, sadəcə müəllimlərin işdən çıxarılması üçün bəhanədir. Dediklərinə görə, keçirilən imtahanlardan sonra heç onlar nəticələri də bilməyib. İndi isə müəllimləri narazı salan məqam imtahan keçirilməzdən bir saat əvvəl onlara xəbər verilməsidir. “Bir ay yarım olar ki, biz imtaham vermişik. İndi də təkrar olaraq bizi imtahan verməyə dəvət ediblər. Bizə bunun səbəbini desinlər, biz də bilək. Eyni zamanda verdiyimiz imtahanın nəticələrindən belə xəbərimiz yoxdur. Əgər nəticələr aşağıdırsa, bunu elan etsinlər, bu günə kimi elan etməyiblər. Buna etiraz olaraq imtahana girməkdən imtina etdik”, – deyə dil-ədəbiyyat müəllimi Aybəniz Cəfərova bildirib. “İlk öncə biz variantları tələb etdik, onlar da bizə 4 variant verdilər. Dedik ki, variantlardakı sualları öyrənərik. Onlar da yalnız bir-iki suallın cavabını öyrəndik. Digərlərini isə öyrətmədilər. Onlar indi bizdən ikinci dəfə nə kursu tələb edirlər?”, - deyə dil-ədəbiyyat müəllimi Qənirə Məmmədova bildirdi. Problemin nədən qaynaqlandığını öyrənmək üçün üz tutduq orta məktəbə. İçəri daxil olduqda ilk olaraq bizi elə Təhsil Nazirliyinin əməkdaşları qarşıladı. Bildirdilər ki, hazırda təhsil ocağında imtahan deyil sadəcə sınaq imtahanlarında aşağı nəticə göstərmiş müəllimlərin təlim kursu təşkil edilib. Etiraz edən müəllimlər arasında da anlaşmazlıq yaranıb. Təhsil işçilərinin bilik səviyyəsi qiymətləndirilən kursda müəllimlər könüllü və pulsuz şəkildə iştirak edə bilər. “Müəllimlər müəyyən mənada səhvən, yəni imtahan vermək kimi başa düşüblər. Bir növ müəllimlər arasında anlaşmazlıq yaranıb. Nəticədə isə müəllimlər imtahanda iştirak etməkdən imtina etdiklərini bildiriblər. Müəllimlərlə aparılan danışıqlar zamanı onların nəzərinə çatdırılıb ki, kurslarda iştirak könüllü prinsiplərə əsaslanır. Sadəcə olaraq bu kurslarda iştirak etməyən müəllim öz bilik və bacarığını artırmır. Amma müəllim bilik və bacarığını daim artırmalıdır. Əgər müəllimləri məcburi qaydada kurslara cəlb olunsa, o zaman burada hər hansı bir səmərəlilikdən belə söhbət gedə bilməz”, – deyə təhsil nazirliyinin şöbə müdiri Emin Əmirullayev vurğulayıb. Bundan başqa nazirliyin rəsmisi bizi bir-bir sinif otaqlarına dəvət etdi. Və bildirdi ki, burda təkcə 95 saylı orta məktbəndən deyil 5 rayonun müxtəlif məktəblərindən gələn müəllimlər də iştirak edir. Və ilkin qiymətləndirmə zamanı hər bir müəllim 120 dəqiqə ərzində 80 suala cavab verməlidir. Bu isə yalnız təhsil işçilərinin bilik səviyyəsinin pulsuz şəkildə artırılması üçün nəzərədə tutlub. Yəni hansı müəllim istəsə, burda iştirak edə bilər. Nazirlyiin nümayəndəsi bizi əmin etdi ki, heç bir müəllim kursda iştirak etmədiyinə görə cəzalandırılmayacaq. Bundan əlavə bu tip qiymətləndirmələr yay aylarına qədər davam edəcək.




Açıqlama : Paytaxtın 5 rayonunun məktəblərinin müəllimləri vəzziyyətdən narazıdır Bu gün paytaxtın bir sıra məktəblərinin müəllimləri aldıqları xəbərdən yaman narahatlıq hissi keçirib. Onların dediklərinə görə, imtahandan bir saat əvvəl bu haqda xəbər almaları əsəblərini tarıma çəkib. Təhsil Nazirliyi isə narahatlığa əsas görməyib. Pedaqoqlar arasında anlaşılmazlıq olub. Aprelin 16-da 95 saylı tam orta məktəbin qarşısında onlarla müəllim etiraz əlaməti olaraq bir yerə toplaşıb. Paytaxtın 5 rayonunun müxtəlif təhsil ocaqlarından bura yığışan müəllimlər deyir ki, onlar bir saat əvvəldən bura çağırılıblar. Məlum olub ki, müəllimlər imtahan verməli olacaq. Buna görə də müəllimlər buna etiaz olaraq imtahana girməyiblər. Bildirirlər ki, yalnız elə 95 saylı məktəbin pedaqoqları imtahana daxil olub. Dediklərinə görə, artıq ikinci dəfədir imtahan verirlər, hətta sertifakatla da təmin olunublar. Bundan əvvəl 4 ay ixtisasartırma kursunda da iştirak ediblər. İndisə təşkil olunan test imtahanı onların fikrincə, sadəcə müəllimlərin işdən çıxarılması üçün bəhanədir. Dediklərinə görə, keçirilən imtahanlardan sonra heç onlar nəticələri də bilməyib. İndi isə müəllimləri narazı salan məqam imtahan keçirilməzdən bir saat əvvəl onlara xəbər verilməsidir. “Bir ay yarım olar ki, biz imtaham vermişik. İndi də təkrar olaraq bizi imtahan verməyə dəvət ediblər. Bizə bunun səbəbini desinlər, biz də bilək. Eyni zamanda verdiyimiz imtahanın nəticələrindən belə xəbərimiz yoxdur. Əgər nəticələr aşağıdırsa, bunu elan etsinlər, bu günə kimi elan etməyiblər. Buna etiraz olaraq imtahana girməkdən imtina etdik”, – deyə dil-ədəbiyyat müəllimi Aybəniz Cəfərova bildirib. “İlk öncə biz variantları tələb etdik, onlar da bizə 4 variant verdilər. Dedik ki, variantlardakı sualları öyrənərik. Onlar da yalnız bir-iki suallın cavabını öyrəndik. Digərlərini isə öyrətmədilər. Onlar indi bizdən ikinci dəfə nə kursu tələb edirlər?”, - deyə dil-ədəbiyyat müəllimi Qənirə Məmmədova bildirdi. Problemin nədən qaynaqlandığını öyrənmək üçün üz tutduq orta məktəbə. İçəri daxil olduqda ilk olaraq bizi elə Təhsil Nazirliyinin əməkdaşları qarşıladı. Bildirdilər ki, hazırda təhsil ocağında imtahan deyil sadəcə sınaq imtahanlarında aşağı nəticə göstərmiş müəllimlərin təlim kursu təşkil edilib. Etiraz edən müəllimlər arasında da anlaşmazlıq yaranıb. Təhsil işçilərinin bilik səviyyəsi qiymətləndirilən kursda müəllimlər könüllü və pulsuz şəkildə iştirak edə bilər. “Müəllimlər müəyyən mənada səhvən, yəni imtahan vermək kimi başa düşüblər. Bir növ müəllimlər arasında anlaşmazlıq yaranıb. Nəticədə isə müəllimlər imtahanda iştirak etməkdən imtina etdiklərini bildiriblər. Müəllimlərlə aparılan danışıqlar zamanı onların nəzərinə çatdırılıb ki, kurslarda iştirak könüllü prinsiplərə əsaslanır. Sadəcə olaraq bu kurslarda iştirak etməyən müəllim öz bilik və bacarığını artırmır. Amma müəllim bilik və bacarığını daim artırmalıdır. Əgər müəllimləri məcburi qaydada kurslara cəlb olunsa, o zaman burada hər hansı bir səmərəlilikdən belə söhbət gedə bilməz”, – deyə təhsil nazirliyinin şöbə müdiri Emin Əmirullayev vurğulayıb. Bundan başqa nazirliyin rəsmisi bizi bir-bir sinif otaqlarına dəvət etdi. Və bildirdi ki, burda təkcə 95 saylı orta məktbəndən deyil 5 rayonun müxtəlif məktəblərindən gələn müəllimlər də iştirak edir. Və ilkin qiymətləndirmə zamanı hər bir müəllim 120 dəqiqə ərzində 80 suala cavab verməlidir. Bu isə yalnız təhsil işçilərinin bilik səviyyəsinin pulsuz şəkildə artırılması üçün nəzərədə tutlub. Yəni hansı müəllim istəsə, burda iştirak edə bilər. Nazirlyiin nümayəndəsi bizi əmin etdi ki, heç bir müəllim kursda iştirak etmədiyinə görə cəzalandırılmayacaq. Bundan əlavə bu tip qiymətləndirmələr yay aylarına qədər davam edəcək.



Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
DİGƏR VİDEOLAR
Qarabagimiz (Qarabag FK) - Rejissor Kərim Rəhimov
Qarabagimiz (Qarabag FK) - Rejissor Kərim Rəhimov
“Nə olardı ki, jurnalistlər yağış yağanda arxı açardı...” - Merdən məsləhət (VİDEO)
“Nə olardı ki, jurnalistlər yağış yağanda arxı açardı...” - Merdən məsləhət (VİDEO)
“Məni anamdan ayırmasınlar, onsuz yaşaya bilmərəm”
“Məni anamdan ayırmasınlar, onsuz yaşaya bilmərəm”
Nurayın fəryadı...
Nurayın fəryadı...
SPACE TV MOSULDA
SPACE TV MOSULDA
"Səs Azərbaycan"ın münsifləri tanıtım reklamında!
Kristina Vukas - Mami!
Kristina Vukas - Mami!
Rihanna, Barbadosda 'twerking' edərsə...
Rihanna, Barbadosda 'twerking' edərsə...
RƏQSİ İLƏ DİLLƏRƏ DÜŞDÜ!
RƏQSİ İLƏ DİLLƏRƏ DÜŞDÜ!
Tarixi : 2015-04-17
Görüntülənmə : 1078
Populyar Videolar

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.