Açıqlama : Ermənistan bu günü 100 ildi gözləyir… bu 100 il tənhalıq da ola bilər Ermənistan soyqırımı adlandırdığı hadisələrin 100 illiyinə hazırlaşır. Bu mərasimin təntənəli keçməsi üçün bütün imkanlarını ortaya qoyur. Təbii ki, bu xatirə-matəm paradı ona görə təşkil olunur ki, prezident Sarkisyan dünyanın diqqətini 1915-ci ilin aprel ayında baş vermiş və ya verməmiş hadisələrə və ya xəyallara cəlb etsin. Bu Ermənistan prezidentinin öz milləti qarşısında inoqurasiyavari bir işi də olacaq. Olduqca sərt, ərazi iddialarının əks olunduğu, Türkiyəni ittiham edən, onu soyqırımını tanımağa və bununla da tanımaqdan irəli gələn şərtləri yerinə yetirməyə çağıran bir çıxış gözlənilir. 1915-ci il hadisələrinin 100 illiyinə həsr olunmuş tədbirlərin əlaqələndirməsi üzrə dövlət komissiyasının iclasında ümumilli erməni deklorasiyası qəbul edilib. Bu sənədi bir nüsxəsi BMT-yə göndəriləcək. Yəqin ki, Sarkisyan həmin sənədi bir daha qonaq-qara qarşısında oxuyacaq. Ermənistan bu günü 100 ildi gözləyir… bu 100 il tənhalıq da ola bilər, əsrə bərabər bir gün də. Hələlik isə söhbət əsirə bərabərlikdən gedir. İddiası və hikkəsinin əsirinə bərabərlikdən. Reallıq başqa mətləblər diqtə edir. Əslində bunu Ermənistanda Sarkisyandan yaxşı başa düşənlər var. Məsələn, Levon Ter-Petrosyan Sarkisyandan fərqli olaraq açıq etiraf edir ki, Ermənistan soyqırımına başqa aspektdən yanaşmalıdır. O, Türkiyə qarşısında erməni soyqırımının tanınması məsələsini ümumiyyətlə qoymamalı və bunu edib-etməməməyi Türkiyənin Daxili işi hesab etməlidir. Ermənistan Avropa Ölkələrinə müraciət etməlidir ki, Türkiyənin Avropa Birliyinə üzv qəbul olunması zamanı onun soyqırımı tanıması məsələsini bir şərt kimi irəli sürməsin. Türkiyə və Ermənistan əməkdaşlıqda maraqlıdır. Ona görə də Ermənistan Sürix protokolunun müddəlarına əsasən Türkiyə ilə diplomatik münasibətlər qurmalıdır. Bu müraciətdə Qarabağ münaaqişəsinə də toxunulur. Ter-Petrosyan bəyan edir ki, Ermənistan Madrid prinsipləri əsasında Dağlıq Qarabağ problemini həll etməlidir. Gördüyünüz kimi Ermənistan prezidentinə alternativ var. Həm təklif, həm şərt, həm də şəxs şəklində. Və burda mənim ağlıma, daha doğrusu yadıma Sarkisyanın bu yaxınlarda Dağlıq Qarabağda olarkən öz silahlılarının qarşısındakı çıxışından bir parça düşür. O, demişdi ki, biz Azərbaycan əsgərlərinin hər bir hücumunun qabağını ala bilərik və Azərbaycan əsgərlərinin başını ilan başı kimi əzə bilərik. Məsələ burasındadır ki, bu hadisədən bira az sonra mən Azərbaycan televiziyası ilə transsilyasiya olan Muğam müsabiqəsinə baxırdım. Və orda bizim ifaçılarımızın birinin əlində qabal gördüm. Və ən qəribəsidə budur ki, qabal Anakonda dərisindən hazırlanmışdır. Bizdə Anakonda dərisindən qabal düzəldən oğullar var.



Şərhler
Adınız :
E-Mail :
Başlıq :
Şərhiniz :
Təhlükəsizlik kodu :
Dəyiştir  
Ümumi 0 yorum. Bütün Şərhləri oxumaq üçün daxil olun.
DİGƏR VİDEOLAR
Qarabagimiz (Qarabag FK) - Rejissor Kərim Rəhimov
Qarabagimiz (Qarabag FK) - Rejissor Kərim Rəhimov
“Nə olardı ki, jurnalistlər yağış yağanda arxı açardı...” - Merdən məsləhət (VİDEO)
“Nə olardı ki, jurnalistlər yağış yağanda arxı açardı...” - Merdən məsləhət (VİDEO)
“Məni anamdan ayırmasınlar, onsuz yaşaya bilmərəm”
“Məni anamdan ayırmasınlar, onsuz yaşaya bilmərəm”
Nurayın fəryadı...
Nurayın fəryadı...
SPACE TV MOSULDA
SPACE TV MOSULDA
"Səs Azərbaycan"ın münsifləri tanıtım reklamında!
Kristina Vukas - Mami!
Kristina Vukas - Mami!
Rihanna, Barbadosda 'twerking' edərsə...
Rihanna, Barbadosda 'twerking' edərsə...
RƏQSİ İLƏ DİLLƏRƏ DÜŞDÜ!
RƏQSİ İLƏ DİLLƏRƏ DÜŞDÜ!

m
GÜNDEM
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
İDMAN
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
SİYASƏT
Kecid linki ucun
Kecid linki ucun
TƏHSİL
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
DÜNYA
Kecid linki ucun
Kecid linki ucun
Kecid linki ucun
waplog
© Copyright 2013 Bu sayt Serverin.Biz İnternet Provayderi tərəfindən yazılıb.